Xəbər lenti

 

"Təhsil Nazirliyinin kollegiyası tərəfindən təsdiqlənən məktəbdaxili qiymətləndirmənin qaydaları ilə bağlı sənəd hazırda Ədliyyə Nazirliyi ilə razılaşdırma mərhələsindədir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu sənəddə kiçik summativlərlə bağlı dəyişiklikırin edilməsi yeganə olaraq I siniflər üçün nəzərdə tutulur: "Belə ki, ancaq həmin sinfin şagirdləri üçün kiçik summativlərin də ləğvi planlaşdırılır. Eyni zamanda, böyük summativlərin, müəyyən fənlər üzrə sayın azaldılması da gündəmdədir".

Nazirlik rəsmisi xatırladıb ki, böyük summativlər tədris ilinin yarım illərinin sonunda keçirilir: "Bu səbəbdən də sənədin yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir. Yalnız bundan sonra sənəd hüquqi normativ sənəd statusu alacaq və təhsil ictimaiyyəti bununla bağlı məlumatlandırılacaq"

Hazırda I siniflərdə hələ də kiçik summativ qiymətləndirilmənin aparılmasına gəlincə, E.Əmrullayev qeyd edib ki, mövcud qaydalar qüvvədə olduğuna görə kiçik summativ qiymətləndirilmənin keçirilməsi prosesi davam edir. 




Ana səhifəyə qayıt        Baxış: 736          Tarix: 31-10-2018, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma