Xəbər lenti

 

ABŞ-ın İraqdan Suriyanın Haseke əyalətindəki Qamışlı şəhərinə içində silah-sursatın olduğu 200 TIR göndərib.

Publika.az xəbər ki, bu haqda Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatında deyilir.

Qeyd edək ki, bu, son 4 gündə ikinci analoji hadisədir. ABŞ avqustun 3-də əsas hissəsini YPG terror təşkilatının təşkil etdiyi “Suriya Demokratik Qüvvələri”ni dəstək olaraq 300 TIR-dan ibarət hərbi kolon göndərmişdi.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 4-də verdiyi bəyanatla Türkiyənin Suriyanın şimalında Fərat çayından şərqdə terror təşkilatlarına qarşı hərbi əməliyyata başlayacağını bəyan edib.

“Afrinə, Cerablusa və Əl-Baba girdik, indi də Fəratın şərqinə girəcəyik”, - Ərdoğan bildirib.

O, Rusiya və ABŞ-ın bu barədə məlumatlandırıldığını deyib.

Türk hərbi mənbə “RİA-Novosti” agentliyinə bildirib ki, Türkiyə avqustun 11-də belə əməliyyata başlaya bilər. Mənbənin məlumatına görə, Ankara və Vaşinqton Fəratın şərqində təhlükəsizlik zonasının ölçüsü üzrə qarşılıqlı anlaşmaya nail ola bilməyib.

ABŞ-ın Suriyanın şimalında YPG-yə etdiyi yardımların Ankara və Vaşinqton arasında razılaşmanın əldə olunmadığı barədə xəbərlərin fonunda edilməsi isə diqqətdən qaçmır. Yardımlar ABŞ-ın YPG-ni Türkiyə ordusuna qarşı müqavimətə hazırladığı qənaəti yaradır.




Ana səhifəyə qayıt        Baxış: 554          Tarix: 7-08-2019, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma