Xəbər lenti

 

Yaxın iki-üç gün ərzində hava şəraiti nisbətən mülayim keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı proqnozlaşdırılır. Sürəti saniyədə 3-8 metr olan zəif şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi (saniyədə 5-10, arabir 12-14 metr) əsəcək. Havanın temperaturunun gecə 21-24°, gündüz 28-33° isti olacağı bildirilir.

Avqustun 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyinin sürəti saniyədə 7-12, arabir 15-18 metr olacaq. Havanın temperaturunun gecə 20-24°, gündüz 29-31° isti olacağı proqnozlaşdırılır.

Avqustun 14-15-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Sürəti saniyədə 5-10, ayrı-ayrı yerlərdə arabir 15-18 metr olan şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı ehtimal edilir.




Ana səhifəyə qayıt        Baxış: 400          Tarix: 12-08-2019, 20:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma