"Boşanmaların artmasında çoxsaylı səbəblər var. Boşanmaya səbəb bir deyil, iki deyil. Uşaqlar valideynlərin məsləhəti ilə evlənirlər, sonradan xasiyyətləri uyğun gəlmir və boşanırlar. Bəzən də görürsən ki, xanım və bəy bir-birləri ilə çox yaxşı yola gedirlər, ancaq valideynlər ən mədəni şəkildə ifadə etsək, onların işinə burunlarını soxurlar, uşaqları bir-birindən ayırırlar. Bundan başqa ailədə bir çox hallarda maliyyə sıxıntısı da boşanmalara səbəb kimigöstərilir. Dediyim kimi buna yüzlərlə səbəbi örnək göstərə bilərik”.
Ovqat.com xəbər verir ki, bu sözləri "Sfera.az"a açıqlamasında Azərbaycanda boşanma hallarının artmasına münasibət bildirən millət vəkili Araz Əlizadə deyib. Boşanmalarda sosial şəbəkələrin də mənfi mənada rolunu vurğulayan millət vəkili bəzilərinin sosial şəbəkələrdən düzgün istifadə etmədiyini bildirib:
"Boşanmada sosial şəbəkələrin də rolu böyükdür. Sosial şəbəkələr ona görə yaradılmayıb ki, hamı bir-biri ilə görüşüb sevişsin. Onun üçün yaradılıb ki, insanlar axtardığı informasiyanı daha rahat əldə edə bilsinlər. Oradaki bu tipli xoşagəlməz hallara görə sosial şəbəklər məni heç maraqlandırmır. Sosial şəbəkələrdə yalan, əxlaqsızlıq, şər-böhtan baş alıb gedir. Ancaq demirəm ki, sosial şəbəkələri bağlayaq, bu mümkün də deyil. Yaxşısı odur ki, gəlin orada iyrənc hallara, yalan məlumatlara son qoyaq”.
Paylaş: