Xəbər lenti

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46; 2018, № 7, I kitab, maddə 1492; 2019, № 3, maddə 414) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda dəyişiklik təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2019-cu il.




Ana səhifəyə qayıt        Baxış: 571          Tarix: 8-10-2019, 17:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma