Xəbər lenti

 

Sağlam qida mütəxəsisləri, dietoloqlar təbii süd məhsullarının, o cümlədən də kərə yağının faydalarından çox bəhs edirlər. İnsan orqanizmi üçün əvəzedilməz olan bu məhsulları şəhərimizdə yerləşən böyük marketlərdən bahalı marka ad altında, həmçinin də pərakəndə fəaliyyət göstərən alverçilərdən qablaşdırmasız şəkildə əldə etmək mümkündür. Bir çoxları bu məhsulların kifayət qədər keyfiyyətli və təbii olmasına şübhə ilə yanaşaraq daha çox pərakəndə satıcılardan süd məhsulları almağa üstünlük verirlər. Lakin bəzən mağazalarda çox ucuz qiymətə pendir və kərə yağı kimi əslində heç də ucuz olmayan məhsulların yarı qiymətdən də aşağı satıldığının şahidi oluruq. Bəs görəsən bu məhsullar nə üçün ucuz qiymətə satılır? Onun keyfiyyətinə etibar etmək olarmı?

Mövzu ilə bağlı qida mühəndisi İsa Əliyev 1Arada.az oxucularını bəzi məqamlardan agah etdi :

“Pendir adı altında əhaliyə nişasta, kərə yağı adı altında palma yağı yedirirlər”

Son zamanlarda bəzi işbazlar pendir adı altında insanlara nişasta və jelatin, kərə yağı adı ilə də bitki məşəli yağlar əsasən də palma yağı və ya marqarin yedirirlər. Çox təəssüflər olsun ki, AQTA-dan sertifikatı almış bernd adı il markalaşan firmalar deyil daha çox bəlii olmayan bəzi işbazların ucuz mal əldə etmək üçün ekonomik seqmentə xitab edən məhsullar istehsal edirlər. Bu məhsullar əksər hallarda sağllamlığa zərər vurur. Bəzən isə zərər olmasa da heç bir qida dəyəri daşımır. Hal hazırda istehsalatda düzəldilən pendirlərin çoxu quru süddən hazırlanır. Lakin bunun təbii süd olması tövsiyə olunur. Amma bəzən mövsümlə əlaqədar və s. hallarda ölkədə təbii süd qıtlığı yaşanır. Bu zaman xammal kimi quru süddən istifadə edilir. Quru süd təbii südün buxarlandırılması nəticəsində əldə edilir ki, sonradan ona su əlavə edərək yenidən süd əldə etmək mümkündür. Quru süddən hazırlanan pendir təbii hesab edilmir. Amma elə hallarla rastlaşırıq ki, quru süddən hazırlanan pendir onun yanında keyfiyyətli pendir hesab edilə bilər. Belə ki, pendir hazırlamaq üçün nışastadan və hətta jelatindən istifadə edilir. Bu gün bazarlarda hətta 3 manata və daha ucuz qiymətə də pendirlərə rastlamaq mümkündür. Normal şərtlərdə 6 litr təbii süddüən 1 kq pendir əmələ gəlir. Təbii südün qiymətinin də litrinin minimum 60 qəpiyə olduğunu nəzərə alsaq bu pendirlərin qiymətinin maya dəyərindən də aşağı olması hansısa saxtalıqdan xəbər verir. Bu saxtakarlıq isə südün tərkibinə həcm vermək üçün nişastanın vurulmasından ibarətdir. Bu gün təəssüflər olsun ki, bazarın demək olar ki, yarısı belə penirlərlə doludur. Bu məhsul sadəcə olaraq görünüşcə pendiri xatırladır. Hətta ona rəng və pendir aroması da vurulur. Bu cür saxta pendirləri sadə alıcılar təbii pendirdən demək olar ki, fərqləndirə bilmirlər. Əslində Avropada süd məhsullarının tərkibinə bəlli miqdarda nişasta, jelatin, aqar-aqar, pektin kimi həcm artırıcı maddələr vura bilərlər. Avropa Qida Nizamnaməsində də bu haqda qaydalar qeyd edilib. Amma azərbaycnlı bəzi işbazlar heç bir qayda qanun tanımadan nizamnaməni tamamilə bir kənara qoyaraq öz reseptlərini tərtib ediərək dozanı aşıb bu kimi həcmvericilərdən istifadə edirlər.

“Süd məhsullarının tərkibinə antibiotik vururlar”

Qaydalara uyğun olaraq qablaşdırılan məhsulun üzərində onun tərkibi barədə məlumat əks olunmalıdır. Dövlət tərəfindən sertifikat almış və brendləşmiş bəzi firmaların belə məhsullarının tərkibində antibiotiklərə rast gəlmək mümkündür. Bunlara pimarisin, natamisin kimi antibiotiklərin adlarını çəkmək olar. Lakin həmin şirkətlər məhsulun etiketinin üzərində bu barədə heç bir məlumat qeyd etmir. Təəssüflər olsun ki,Azərbaycanda fəaliyyət göstərən bəzi böyük firmalar da bunu edir. Qida məhsullarının ömrünü uzatmaq üçün müəyyən dozalarda qoruyucular istifadə edilə bilər. Ancaq u qoruyucuların adları tərkib hissəsində mütləq qeyd olunmalıdır. Ümid edirəm ki, AQTA baş verən bu cür qanunsuzluqları aşkarlayaraq Azərbaycanda bu cür halların yaşanmamasını təmin edəcəklər.

İşbazların etdikləri başqa bir saxtakarlıq da kərə yağı adı ilə biki mənşəli yağların satışa çıxartmaqlarıdır. Onlar kəndçidən və ya fermerdən təbii südü alırlar. Daha sonra süddən təbii kərə yağını ayırırlar və südə çox ucuz bitki yağı yəni palma yağı vururlar. Həmin süddən pendir hazırladıqda da atrıq tərkibindəki yağ bitki yağı olur. Həm pendirin tərkibinə nişasta həm də bitki yağı vururlar . Südün tərkibindəki təbii kərə yağını ayırıb satdıqalrını da nəzərə alsaq işbazların ikiqat qazandıqlarının şahidi olarıq.

Çox təəssüflər olsun ki, hal-hazırda başqa bir saxtakarlıqla da məşğul olurlar. İşbazlar bitki yağını südün içərisinə vuraraq orada bişirirlər. Bu zaman yağ südün qoxusunu və dadını özünə çəkir. Daha sonra isə südü tərkibində həmin yağı ayıraraq kərə yağı adı altında satırlar.Bazarlarda 4-5 manata satılan bu cür saxta kərə yağlarına tez-tez rast gəlmək mükündür. Bu yağlardan süd dadı gəldiyi üçün təbiisindən demək olar ki, fərqlənmir. Amma bu yağ əlbəttə ki, sağlamlığa çox zərərlidir.

Məlumat üçün bildirim ki, bazarlarda 4-5 manata satılan yağlar qətiyyən kərə yağı deyil. Xalis kərə yağının qiyməti 14 manatdan yuxarıdır. Marketlərə edilən reydlər nəticəsində bəzi işbazların əməlləri gün üzünə çıxıdı. Onlr ifşa olunur və olunmağa davam edir. Biz qida mütəxəssisləri hansı firmaların hansı maddələrdən istifadə etdiklərini bilirik.

“Təbii pendir və kərə yağı ucuz ola bilməz”

Satılan məhsul nə qədər ucuz olarsa onun saxta olduğu aydın olur. 1 kq təbii pendirin və kərə yağının qiymətini çox rahatlıqla hesablamaq olar. Bu həmçinin kolbasa məmulatlarına da aid edilə bilər. Standartlara görə kolbasanın 80-90 faizi ət olmalıdır. Belə olduqda onun qiyməti də baha gələcək. Amma hak-hazırda bazarlarda ətdən dəfələrlə ucuz kolbasa tapmaq çox asandır.

Təbii ki, hər kəsin alıcılıq qabiliyyəti eyni deyil. Hər kəs bahalı məhsul ala bilmir. Bu normaldır və hər bir cəmiyyətdə var. Amma insan sağlamlığını təhdid edəcək bu qədər çox məhsulun də bazarlarda satışı yolverilməzdir. İstehlakçı anlamalıdır ki, ucuz məhsul alarkən qənaət elədiyi pulu sabah sağlamlığı üçün xərcləyəcək.

Saxta məhsul istehsal edən firmalar öz mallarını paketlənmiş şəkildə marketlərdə deyil, pərakəndə halda satmağa üstünlük verirlər. Bu cür məhsullardan əsasən də şadlıq sarayları, yeməkxanalar çox istifadə edirlər. Məqsəd isə maliyyətin daha aşağı başa gəlməsidir. Buna görə də onlar bacardıqları qədər ucuz məhsullar alırlar. Hətta şadlıq saraylarından məhsulları hardan əldə etdiklərini soruşsaq onlar bizə cavab ver bilməyəcəklər. Buna görə də şadlıq saraylarında tez-tez kütləvi zəhərlənmə halları yaşanır.

AQTA yaxın gələcəkdə bu cür işbazları ifşa edəcək. Bu işdə istehlakçılar da bizə kömək olmalıdırlar. Buna görə də aldığınız hər hansı bir məhsulda problem hiss etdikdə yaxşı olar ki, AQTA-nın 1003 çağrı mərkəzinə məlumat versinlər. Onlar da öz növəsində verilən ünvana gedərək məhsuldan analiz götürərək onun tərkibini araşdırırlar. Hal hazırda standartları pozan firmalar müəyyən cərimələrlə cəzalandırılır. Amma gələcəkdə bu kimi hallar təkrar olunduqda reaksiyalar sərtləşəcək və hətta həmin firmanın bağlanmasına qədər gəlib çxarsa daha yaxşı olar. İndiyə qədər saxtakarlıq səbəbindən hər hansı bir firma bağlanmayıb yalnız cərimələrlə kifayətləniblər.\\1arada.az




Ana səhifəyə qayıt        Baxış: 474          Tarix: 30-10-2019, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma