Xəbər lenti

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trump Rusiyanın dövlət şirkəti olan Qazprom-un Avropa Birliyinə boru kəmərini tikib bitirməsinə kömək edən istənilən firmaya qarşı sanksiyalar tətbiq etməyi nəzərdə tutan bir qanun imzalayıb.

Sanksiyalar "Şimal Axını 2"- Rusiyanın Almaniyaya qaz ixracını artırmağa yardım edəcək sualtı xətti layihəsini reallaşdıran firmaları hədəfləyir.

ABŞ bu layihəni Avropanın təhlükəsizliyi üçün riskli hesab edir. Konqres müdafiə sənədinin bir hissəsi kimi sanksiyalara səs verib.

Boru xəttini "məcburiyyət vasitəsi" hesab edən sənəd cümə günü cənab Trump tərəfindən imzalanıb.

ABŞ niyə bu boru xəttinin əleyhinədir?

Təxminən 8.4 milyard dollar dəyərində olan "Şimal Axını 2" layihəsi ABŞ-ın qəzəbinə və demokratların, eləcə də respublikaçıların buna qarşı çıxmasına səbəb olub.

Trump administrasiyası boru xətti vasitəsilə Rusiyanın Avropanın enerji təminatında əlinin güclənəcəyinə və öz payının - yəni, Amerika mayeləşmiş qazına sərfəli Avropa bazarında ehtiyacın azalacağından ehtiyat edir.

Prezident Trump Rusiyanın Qazprom şirkətinə məxsus olan 1225 kilometrlik (760 mil) boru kəmərinin Almaniyanı "Rusiyanın girovuna" çevirə biləcəyini söyləyib.

ABŞ-ın sanksiyaları "öz enerji siyasətini özünün bəlirləyə biləcəyini" söyləyən Rusiyanı və Avropa Birliyini qəzəbləndirib.

Bu həftənin əvvəlində Almaniya Kansleri Angela Merkel "Şimal Axını 2" layihəsinə görə "xaricdən gələn sanksiyalara qarşı olduğunu" bildirib.

Almaniyanın xarici işlər naziri Heiko Maas sanksiyaların "Avropada qəbul edilən müstəqil qərarlara müdaxilə" olduğunu söyləyərək, daha sərt çıxış edib.

Layihədə iştirak edən İsveçrə-Hollandiya şirkəti olan Allseas sanksiyaların ehtimalı ilə boru çəkmə fəaliyyətini dayandırdığını bildirib.

ABŞ-ın sanksiyaları həmçinin Rusiya-Türkiyə boru kəməri olan "TurkStream"i hədəfləyir və aktivlərin dondurulmasını və podratçılara ABŞ vizalarını verməməyi də vəd edir.

Şimal Axını 2 niyə mübahisəlidir?

Uzun müddətdir ki, Avropa İttifaqı (Aİ) üzvü olan ölkələr blokun Rusiya qazına etibarından narahatdırlar.

Rusiya hazırda Aİ-nin qaz tədarükünün təxminən 40 faizini təmin edir.

Aİ-yə daxil olmayan, lakin Avropanın vahid bazarında iştirak edən Rusiya 40 faiz təkliflə Norveçdən irəlidədir.

Sözügedən yeni boru kəməri Baltik dənizi altından keçən qazın həcmini ildə 55 milyard kubmetrə çatdırmağı hədəfləyir.

Aİ ölkələri arasında fikir ayrılıqları o qədər güclü idi ki, onlar bir-birini bu ilin əvvəlində layihəni tamamilə ləğv etməklə də hədələdilər. Blok nəhayət Nord axını 2-ni tamamilə ləğv etməkdənsə, ona qarşı tənzimləmələri gücləndirmək və Avropanın nəzarəti altına almaq barədə razılığa gəldi.

Almaniya şirkətləri bu layihəyə çox böyük sərmayə yatırıblar. Kansler Merkel, Mərkəzi və Şərqi Avropa dövlətlərini, boru kəmərinin Almaniyanı enerji baxımından Rusiyaya etibar etməyəcəyinə inandırmağa çalışdı.

Digər bölgələrdə də narahatlıq var. May ayında qazın istifadəsinə qarşı çıxan iqlim fəalları layihənin ətraf mühitə daha çox zərər verəcəyini deyərək nümayiş keçiriblər. Almaniyadakı Şimal Axını 2 qaz kəmərinin bir hissəsində toplaşan nümayişçilər burada boruların içərisində skeyt sürməyə başlayıblar.

Polis Almaniyanın şimalındakı Wrangelsburg yaxınlığındakı boruları ən azı beş nəfərin ələ keçirdiyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 433          Tarix: 21-12-2019, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma