“Hücumlara rəhbərlik edən şəxs baş vermiş insidentdən sonra ölkəni tərk etsə də, iyunun 10-da “İmam Zaman”ın naməlum əsgərləri tərəfindən (ETTELAAT məmurları nəzərdə tutulur) və xarici kəşfiyyat xidmətlərindəki dostlarımız və həmkarlarımızın yardımı ilə ölkə sərhədlərindən kənarda öz cəzasına çatdırılaraq öldürülüb”.
Ovqat.com xəbər verir ki, bu sözləri İranın kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Mahmud Ələvi dövlət televiziyasına açıqlamasında bidirib.
Bir müddət əvvəl Terhanda baş verən terror hadisələri barədə danışan Mahmud Ələvinin dediyinə görə, son üç gündə ölkənin müxtəlif əyalətlərində keçirilən əməliyyatlarda məlum terror hücumu ilə əlaqədar 43 nəfər tutulub:
“Əməkdaşlarımız həmçinin terrorçuların Kirmanşah şəhərində gizləndiyi bir evi müəyyənləşdirdikdən sonra həmin evdə əməliyyat keçiriblər. Əməliyyat nəticəsində bir neçə nəfər, o cümlədən də Tehran hücumlarında iştirak edən terrorçulardan birinin özündən də təhlükəli qardaşı yaxalanıb”.
Paylaş: