
Xəbər lenti
Bu gün, 21:22
Bu gün, 18:30
Bu gün, 17:00
Bu gün, 15:30
Bu gün, 13:10
Bu gün, 10:30
Bu gün, 09:13
Dünən, 21:24
Dünən, 20:28
Dünən, 18:55
Dünən, 18:30
Dünən, 16:30

"2100-cü ilə qədər iqlim dəyişikliyi hazırkı statistikanın qat-qat üzərində insan həyatına son qoyacaq"
ABŞ milyarderi Bill Qeyts iqlim fəlakətinin hazırkı ana qədər 700 min adamın canını alan koronavirus pandemiyasından 5 dəfə daha çox insanı öldürəcəyini bildirib.Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “HighTech+” portalında məlumat yayılıb.
Bill Qeyts koronavirus ölümlərinin səviyyəsini illik orta temperaturun artması səbəbindən baş verə biləcək ölümlərlə müqayisə edib. Onun fikrincə, 2100-cü ilə qədər iqlim dəyişikliyi hazırkı statistikanın qat-qat üzərində insan həyatına son qoyacaq.
“Əgər iqlim dəyişikliyinin zərərini bilmək istəyirsinizsə “COVİD-19”un törətdiklərinə baxın.
Pandemiyanın gətirdiyi ölüm və kasıblıq, karbon qazının emissiyasına qalib gəlmədiyimiz müddətcə həmişə baş verəcək. Yaxın 40 ildə qlobal temperaturun qalxması nəticəsində hər 100 min nəfərdən 14-ü öləcək.
Əsrin sonlarına qədər bu, 73 nəfərə qalxacaq. Yalnız karbon emissiyasını azaldacağımız təqdirdə həmin rəqəm 10-a enə bilər”, - deyə, o qeyd edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar