Xəbər lenti


İmişli rayon Məhkəməsinin  inzibati binası üzərində dalğalanan bayraq cırılsa da, buna əhəmiyyət verən yoxdur.

Hurriyyet.org xəbər verir ki, inizbati binanın yuxarı hissəsində asılmış Azərbaycan bayrağı günlərdir cırılmış vəziyyətdə formada dalğalanır.
Şübhəsiz, inzibati binanın başında asılan cırıq bayrağın dalğalanması heç də yaxşı mənzərə deyil.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”na əsasən dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır və bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır.



Ana səhifəyə qayıt        Baxış: 3 182          Tarix: 12-08-2020, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma