Xəbər lenti


Fransa prokurorluğu ölkənin Silahlı qüvvələrinin bir polkovnikinin Rusiyanın xüsusi xidmət orqanlarına işləməsi ilə bağlı araşdırmaya başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Europe-1” radiostansiyasında informasiya yayılıb.

Məsələ ilə əlaqədar ictimaiyyətə ölkənin Müdafiə naziri Florans Parli şəxsən məlumat verib.

“Bəli, yüksək rütbəl bir zabitimizin ölkənin milli təhlükəsizliyinə xələl yetirəcək dərəcədə başqa dövlətlərə məxfi məlumatlar ötürməsi ilə bağlı artıq məhkəmə təhqiqatı başlayıb”, - deyə, Florans Parli qeyd edib.

Onun sözlərinə görə, Silahlı qüvvələr casusluq hadisəsi barədə işi prokurorluğa təqdim edib.

Hələ ki, bəhs olunan hərbçi casusun adı açıqlanmır. Onun Paris həbsxanalarından birinə yerləşdirildiyi bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 2 524          Tarix: 30-08-2020, 22:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma