Xəbər lenti
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
Zaman özü canlıdır, çünki enerjisi var. Hər şey o cümlədən, canlı da zamana bağlıdır. Zamanı dəyişmək mümkün deyil. Özünü dəyişə bilərsən, eləcə də elmin köməyi ilə hər hansı bir prosesi – texniki yollarla dəyişdirmək olur. Zamanı isə yox. Dünyada daimi mühərrik söhbətləri, axtarışları həmişə olub və bu gün də bu axtarışlar davam edir. Reallıqda isə daimi mühərrik ancaq zamandır. Çünki onun enerjisi daimidir. Əgər hər hansı bir canlıda, o cümlədən də insanda belə bir enerji olsaydı, o zaman görün nələr baş verərdi. Cəmiyyətin yaşayışı həmin şəxsin arzu və istəyi ilə idarə olunardı. Bu isə mümkün deyil. Çünki bütün insanların seçmək hüququ var. Bu hüquq isə insanın aparıcı kompasıdır.
Seçmək hüququ əlindən alınmış insan həmişə gərgin olur. Ona görə də daimi mühərrik – daimi enerji canlıya, o cümlədən də insana verilməyib. Fikir verin, heç kim ata-anasını və vətənini seçə bilməz. Çünki həmin zaman enerjisi insanda yoxdur. Zaman özü canlıdır – artmayan, azalmayan enerji ancaq ona məxsusdur.
Ən böyük şizofreniyalıq – zamanı dərk etməməkdir. Zaman özünü məsələn, fəsillərdə göstərir. Fəsilləri də dəyişə bilmərik. Bizsiz onlar var. Biz öz xislətimizlə fəsilləri – zamanın daimi övladlarını çirkləndirə və ya təmizləyə bilərik. Bax, bu iki proseslə biz dünyada yaşayırıq. Kimi öz geninə uyğun olaraq təmizləyir, kimsə də çirkləndirir.
Təmizləyənlər Allahı dərk edənlərdir. Digərləri isə şeytan düşüncəli olanlardır. Cəmiyyətdə bu fikir çox sadə məntiqlə açıqlanıb. Baxın, Allah rəhmət eləsin və ya ... Əgər insan özünün daimi olmadığını dərk etsə, o zaman xeyirxah olacaq. Ailəsini, ölkəsini lənətlər dalğasına salmayacaq. Enerji də özünü zamanla təsdiq edir. Fəsillərdə baş verən dəyişikliklər enerjinin dəyişiklikləridir.
Zaman öz daimi enerjisində əbədi qalır. Sən – insan fəaliyyətində normanı keçmə. Çünki sənin enerjin məhduddur. Əgər bir qab on litr su tutursa, artıq niyə tökürsən? Daşıb ətrafa töküləcək. Bu isə tamah deməkdir. Tam-ah! Yəni tamın axırı ahdır. Tam bir Allahdır. Əgər ailənin evi, bağı, maşını, iş yeri varsa, artığı nəyinə lazımdır?
Zamanla bəşəriyyətdə yaltaq sözü yarandı. Yaltaqlar öz enerjisi olmayan, ən qorxulu məxluqlardır. Bunlarda maddi enerji var, mənəvi enerji isə yoxdur. Bunlarda mənəviyyat it yeminə əsaslanır. Yal – it yemi. Bunlar yalançı, qorxaq, ev yıxan, xain, satqın olurlar. Bütün mənəviyyat xəstəlikləri bunlarda var.
Yekunda. İnsan insan kimi yaşamaq istəyirsə, seçki hüququndan istifadə etməlidir. Bu ziyalılıqdır. İnsan “in” daxili, “san” isə şəxsiyyətdir. Belə bir deyim var: O adlı-sanlıdır. Yəni daxili gözəldir, zəkadır, ziyalıdır.
Hər kəs anlamalıdır ki, ondan sonra ya rəhmət, ya da lənət enerjisi qalacaq. Dünya isə öz zaman ölçüsündə, normal enerjisi ilə əbədiliyində qalacaqdır.
Ölçü vahidinin zaman olduğunu unutma, itirmə, yoxsa özün itərsən!
Aydın Əliyev
Tibb üzrə fəlsəfə doktoru, dosent.
AMİP – Mərkəzi Şura üzvü.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar