Xəbər lenti


İsrailin Baş naziri Benyamin Netanyahu Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Bəhreyn Krallığı ilə əldə olunan sülh anlaşmasını imzalamaq üçün ABŞ-a getməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, İsrail daxilində bu razılaşmanın əleyhinə olan müxalifət qrupları Netanyahunun gedəcəyi hava limanı yaxınlarında toplaşıblar. Müxalifət fəalları hava limanına gedən yolları bağlamaqla baş nazirin ABŞ səfərinə mane olmağa çalışıblar.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə Ərəb ölkələri ilə İsrail arasında münasibətləri düzəltmək üçün əvvəl BƏƏ, sonra Bəhreynlə anlaşma əldə edilib.

Anlaşmanın sentyabrın 15-də Ağ Evdə imzalanması gözlənilir.



Ana səhifəyə qayıt        Baxış: 2 615          Tarix: 14-09-2020, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma