Xəbər lenti
Bu gün, 19:25


Xəbər verildiyi kimi, Rusiya saytlarından biri  Azərbaycanda  və Ermənistanda Rusiya kəşfiyyatının maraq dairəsində olan bir sıra adamların adlarını açıqlayıb.

Moderator.az xəbər verir ki,  Putinin düşmənlərindən olan uzun müddət həbsdə saxlanılaraq müflis edilmiş yəhudi əsilli iş adamı Mixail Xodorkovskinin maliyyələşdirdiyi deyilən  “Dossier çenter”  saytı ölkəmizdə guya “FSB” və “QRU”-nun maraq dairəsində olan 76 nəfərin adını açıqlayıb. 

Materialda deyilir:

 “Kəşfiyyat  generalı Vladimir Çernovun sənədləri arasında, görünür, Kremlin maraqları naminə istifadə ediləcəyi iddia edilən Azərbaycan vətəndaşlarının siyahısı da var idi. 76 nəfərdən ibarət olan siyahıda siyasətçilər, ictimai xadimlər, jurnalistlər, politoloqlar, universitet dekanları və perspektivli tələbələr və s. yer alıb və 16 ad fərqli bir rəngdə seçdirilib...”

Həmin siyahı əlimizdə olsa da Əlbəttə,, biz onu dərc etmirik. Sözsüz ki, müvafiq qurumlar bu işlə ciddi məşğul olacaq.

Və bu sızıntını nə məqsəd daşıdığı ortaya çıxacaq.  Bəlkə Mixail Xodorkovski Qərbin adamı kimi belə siyahıları Güney Qafqazda Rusiya kəşfiyyatını sarsıtmaq  və Amerika kəşfiyyatına dəstək üçün açıqlayır? Yoxsa “FSB”-QRU” bu siyahını qəsdən yaymaqla Türkiyə ilə birgə Qarabağı azad etmək çabasında olan Azərbaycan cəmiyyətində  bir çaşqınlıq, qarşıdurma yaratmaq məqsədi güdür?.. Hər halda gerçək gec-tez ortalığa çıxacaq...



Ana səhifəyə qayıt        Baxış: 2 730          Tarix: 19-09-2020, 22:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma