Xəbər lenti
Dünən, 23:43
Dünən, 21:48
Dünən, 18:25
Dünən, 16:30
Dünən, 12:12
Dünən, 11:23
Dünən, 09:32
2-02-2025, 23:11
2-02-2025, 22:52
2-02-2025, 22:00
2-02-2025, 20:41
2-02-2025, 19:52
2-02-2025, 17:34
2-02-2025, 16:13
2-02-2025, 15:45
2-02-2025, 15:15
Koronavirus pandemiyası zamanı dublyajları ilə gündəmə gələn Ərtoğrul Kamalova yeni vəzifəyə təyin edilib. Belə ki, o Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor vəzifəsinə təyinat alıb.
Bu barədə Hurriyyet.org-a Ərtoğrul Kamalov özü məlumat verib:
“Mədəniyyət Nazirliyinə, şəxsən Anar müəllimə təşəkkür edirəm ki, istedadlı gənclərə şərait yaradır, bu cənab Prezidentin gənclərə ayırdığı diqqətin və bu siyasətin tərkib hissəsidir. Eyni zamanda Akademik Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət xadimi, hörmətli Əliqismət Lalayevə də görüşümüz baş tutdu. Görüş zamanı çox böyük xoşluqla qarşıladığına və fəaliyyətim zamanı kömək edəcəyini bildirdiyinə görə minnətdaram. Etimadlar doğrultmağa çalışacağam”.
Ərtoğrul Kamalovun Nazirlər Kabineti yanında operativ qərargahla bağlı hazırladığı videolar bir müddət öncə Prezidentin köməkçiləri Şahmar Mövsümov və Hikmət Hacıyev tərəfindən müsbət qiymətləndirilmişdi.
Prezidentin köməkçiləri onu Prezident Administrasiyasına dəvət etmişdilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər