Xəbər lenti


Bu gün xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Bu barədə Musavat.com-a XİN-dən məlumat verilib.

Bildirilib ki, görüş bu ilin 10 noyabr tarixində Üçtərəfli Bəyanatın imzalanmasından sonra Həmsədrlərin bölgəyə həyata keçirdiyi ilk səfəri çərçivəsində baş tutub.

Görüşdə bölgədəki vəziyyət və 10 noyabr tarixli Bəyanatın icrası ilə bağlı məsələlər müzakirə edilib.



Ana səhifəyə qayıt        Baxış: 1 365          Tarix: 12-12-2020, 21:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma