Xəbər lenti
Moldova Prezidenti Maya Sandu Xarici İşlər naziri Aureliu Çokonı müvəqqəti Baş nazir vəzifəsinə təyin edib.
Bu barədə Sandu “Facebook” səhifəsində yazıb.

“Bu gün Xarici İşlər naziri Aureliu Çokonın müvəqqəti Baş nazir vəzifəsinə təyin edilməsi barədə sərəncam imzaladım”, - deyə o, bildirib.

Yerli qanunvericiliyə görə, Prezident mövcud hökumətin nazirləri arasından müvəqqəti baş nazir təyin edə bilər.

Xatırladaq ki, Moldovanın Baş naziri İon Kiku ölkədə erkən seçki keçirilə bilməsi üçün ötən həftə istefa verib.

virtualaz.org


Ana səhifəyə qayıt        Baxış: 1 351          Tarix: 31-12-2020, 18:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma