Xəbər lenti

BMT-nin hər il qeyd etdiyi Ümumdünya Mətbuat Azadlığı Gününə həsr edilən beynəlxalq konfrans UNESCO-nun qərarı ilə 2019-cu ildə Efiopiyada keçiriləcək.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Efiopiyanın xarici işlər naziri Markos Tekle UNESCO-nun nümayəndəsi Ana Eliza Santana Afonso ilə görüşündə UNESCO-ya bu qərara görə minnətdarlıgını bildirib.

Onun sözlərinə görə, söz, fikir və mətbuat azadlığının təmin edilməsi hazırda ölkədə aparılan islahatların ayrılmaz hissəsidir.

Nazir həmçinin Efiopiyanın mədəni irsinin qorunub saxlanılması üçün UNESCO tərəfindən daimi maliyyə və texniki yardımın göstərilməsinə görə dərin təşəkkürünü bildirib. O, ölkənin dayanıqlı inkişafı üçün hazırlanmış layihələr çərçivəsində Efiopiyanın UNESCO ilə sıx əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 467          Tarix: 24-11-2018, 13:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma