Xəbər lenti

 

ABŞ UNESСO-da çıxdığını elan edib.

APA-nın xəbərinə görə, ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib.

 

Dövlət Departamentinin məlumatda bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESСO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.

 

Öz növbəsində, İ. Bokova ABŞ-ın bu qərarından təəssüfləndiyini qeyd edib.

 

Qeyd edək ki, Fələstin 2011-ci ildə UNESCO-ya tamhüquqlu üzv qəbul olunub. ABŞ buna etiraz olaraq UNESCO-nun maliyyələşdirilməsini dayandırıb.

 

2016-cı ilin payızında isə UNESCO İcraiyyə Komitəsi Fələstin və Misirin təklif etdiyi, yəhudi xalqının Yerusəlimdəki məşhur "Əl-Aksa" məscidinə ("Məbəd dağı") aiddiyyəti olmadığına dair qətnaməni qəbul edib.

 

ABŞ-ın UNESCO-dakı nümayəndəsi isə bu qətnaməyə qarşı çıxıb.

 

ABŞ-ın "Foreigh Policy" nəşri bir neçə gün əvvəl ABŞ-ın antiisrail qətnamələrinə etiraz olaraq UNESCO-dan çıxacağını elan edəcəyini yazmışdı.




Ana səhifəyə qayıt        Baxış: 945          Tarix: 12-10-2017, 18:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma