
Xəbər lenti
Bu gün, 21:00
Bu gün, 19:31
Bu gün, 16:30
Bu gün, 15:25
Bu gün, 11:52
Bu gün, 11:00
Bu gün, 09:28
Dünən, 23:45
Dünən, 21:58
Dünən, 20:26
Dünən, 18:08
Dünən, 15:30
Dünən, 14:37
Dünən, 13:07

Həyat enerjinizi itirdiyiniz zaman kiməsə baxmaq və ilhamlanmaq istəyirsinizsə, bu insanlardan biri İnge Ginsberg olmalıdır. İnge nasist soyqırımından (Holokost) xilas olan güclü bir qadındır.
İnge Ginsberg 1922-ci ildə Avstriyanın Vyana şəhərində bir yəhudi ailəsində anadan olub.İngenin atası bir şəkildə İngiltərəyə qaçmağı bacarıb. Bundan sonra anası 1942-ci ildə ailəsini qaçaq yolla İsveçrəyə, gətirə bilib.
İnge burada nasistlərə qarşı casusluq edən amerikalıların qurduğu bir mərkəzdə işləməyə başlayıb. Bu dövrdə evlənən İnge müharibədən bir neçə il sonra həyat yoldaşı Otto Kollman ilə Los Ancelesə köçüb.
Burada cütlük Nat King Cole və Dean Martin kimi məşhur şəxslərə mahnı bəstələyiblər. İnge əvvəllər də fortepiano üzrə təhsil aldığı üçün bu mövzuda ərinə kömək etməkdə çətinlik çəkməyib. Lakin 1950-ci illərin sonlarına doğru İnge "Hollivud həyatı”ndan bezir və həm ərindən, həm də Los-Ancelesdən ayrılır.
Bunu niyə etdiyini soruşanlara deyib ki, həyatda hər şey saxtadır.
İngenin həyat şüarı belədir: "Həyatda heç bir şey üçün hələ gec deyil".
Hazırda 99 yaşında olan İnge bir qrupun solistidir və diqqət çəkməsinin əsas səbəbi də budur. İnge deyir ki, indi çox yaşlı olduğu üçün intonasiyası yerində deyil və buna görə də rok musiqisini seçib.
Həm İngilis, həm də Alman dilində yazan və mahnı oxuyan İnge, aktiv olmağın, gənclərlə vaxt keçirməyin və əvvəllər etmədiyi şeyləri etməyin çox vacib olduğunu düşünür. Mahnılarında insanlıq, ətraf mühit, sevgi və düşmənçilikdən bəhs edən İnge, rok musiqisinin romantik olmadığını, ancaq yenə də bir mesaj verdiyini söyləyir.
Turan Oruc
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar