Xəbər lenti

 

İkinci Dünya müharibəsi zamanı aşiq olaraq evlənən Kanadakı bir qazi ilə ingilis qadın 75 illik evlilikdən sonra, beş saat fasilə ilə dünyalarını dəyişiblər.

Ovqat.com musavat.com-a istinadən bildirir ki, 95 yaşlı Corc və 94 yaşlı həyat yoldaşı Cean Spier 1941-ci ildə İngiltərənin paytaxtı Londondakı bir rəqs salonunda tanış olmuşdular. Yerli qəzet "Ottawa Citizen"in xəbərinə görə, Kanadanın paytaxtı Ottavadakı bir xəstəxanaya soyuqdəymə diaqnozu ilə çatdırılan Cean Spear cümə gecəsi dünyasını dəyişdi. Eyni xəstəxanada olan Corc həyat yoldaşının ölümündən 5 saat sonra, səhər saatlarında ədəbi yuxuya getdi. Cütlük tanışlıqlarından bir il sonra evləndi. Cean Spear əsgər həyat yoldaşının yanına, Kanadaya getdi və burda həyatlarını davam etdirdilər.




Ana səhifəyə qayıt        Baxış: 986          Tarix: 20-09-2017, 21:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma