
Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:00
Dünən, 18:20
Dünən, 16:44
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 12:05
21-08-2025, 23:28
21-08-2025, 22:16
21-08-2025, 21:32
21-08-2025, 20:30
21-08-2025, 18:21
21-08-2025, 18:00
21-08-2025, 16:44
21-08-2025, 15:35

“Putinin yaxın ətrafı onun Ukraynaya qarşı irimiqyaslı hücum planı barədə xəbərdar edilməmişdi”.
“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində məşhur “Bellingcat” layihəsinin rəhbəri, tanınmış bolqarıstanlı jurnalisr Xristo Qrozev deyib.
Məlumat üçün bildirək ki, “Bellingcat” müharibə bölgələrilə bağlı özəl və mötəbər araşdırmaları ilə məşhurdur, Qrozev isə xüsusi xidmət orqanlarında mənbələri olan ən məlumatlı jurnalistlərdən sayılır.
Qrozev müsahibəsində bildirib ki, hətta Rusiya Xarici İşlər naziri Sergey Lavrov belə Putinin genişmiqyaslı hücum planlaşdırdığına inanmayıb və hərbi müdaxilə olacağı təqdirdə, bunun “lnr” və “dnr”-lə məhdudlaşacağını düşünüb: “Hətta Lavrov sona qədər inanırdı ki, bu, müharibə hədəsi kimi bir şey olacaq və real olaraq yalnız “lnr” və “dnr”-i əhatə edəcək . O, bunun real müharibə olacağını biləndə isə şoka düşmüşdü”.
Qrozev bu məlumatın mənbəyi barədə də danışıb və deyib ki, bunu Lavrovun qızı öz yaxın tanışına söyləyib.
Qrozev deyib ki, Rusiya elitası hələ ki, Putinə qarşı çıxmağa qorxur və bununla yanaşı, bütün bu baş verənlərə son qoymağın yollarını arayır: “Bugünlərdə həmkarlarımla birgə Putinə yaxın bir oliqarxın digər oliqarxlarla söhbətinin səs yazısına qulaq asdıq. O, bir xəstəliyin adını çəkərək, Putinin bu xəstəlikdən tezliklə ölməsini arzuladığını deyir: “Çünki o, bizi məhv edib, Ukraynanı məhv edib, Rusiyanı məhv edib”. Onlar belə düşünürlər və bunun necə qurtaracağını passiv və yaxud aktiv şəkildə müzakirə edirlər”.
Belə ki, Lavrovun müavini Andrey Rudenko qondarma qurumların həmin vaxt real nəzarət etdikləri sərhədlər daxilində “tanındığını” demişdi. Eyni fikri Rusiya Federasiya Şurasının nümayəndəsi Andrey Klimov da səsləndirmişdi. Hətta Putinin sözçüsü Dmitri Peskov da bununla bağlı sualdan yayınaraq, qeyri-müəyyən cavab vermişdi. Yalnız sonrakı günlərdə Putin özü qondarma qurumları Ukrayna tərkibində malik olduqları vilayət inzibati ərazilərinin sərhədləri daxilində “tanıdığını” bildirdi. Hazırda isə rus ordusu hər yolla həmin vilayətlərin sərhədlərinə çıxmağa çalışır. Lakin hələ ki, bir şey alınmır…
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar