Ev təmizliyi qadınların ən çox maraqlandığı məsələlərdən biridir. Bəs haranı, necə təmizləmək lazımdır? Ovqat.com ailem.az-a istinadən bununla bağlı sizə lazımlı məsləhətlər verir.
Yataq otağı üçün təmizlik məsləhətləri
- Yataq dəsti paltarlarınızdan ayrı yuyulmalıdır.
- Evdə kiçik uşaq və ya da ev heyvan varsa, yerləri həftədə 3 gün silmək lazımdır.
- Mebellərinizi təmizləmək üçün mikrofiber çitlərdən istifadə edin. Bu vasitə mebelinizdə cızıq yaranmasının qarşısını alar.
Vanna otağının təmizliyi
- Vanna otağı dolabçalarını və kafelləri yuyucu vasitə ilə təmizləyin
- Diş fırçalarınızı açıqda saxlamaq əvəzinə diş fırçası qabı istifadə edin
Mətbəx təmizliyi
- Evdə jaluzi istifadə edirsinizsə, ayda 1 dəfə təmizləməyiniz kifayətdir
- Sobanı təmizləməzdən 20 dəqiqə əvvəl isidin
- Mikrodalğalı sobanın təmizliyi üçün sodadan istifadə edin
Pərdə və xalça təmizliyi
- Pərdələri mütəmadi təmizləməyə ehtiyac yoxdur. İldə bir dəfə parça növünə görə paltaryuyan maşında yumağınız kifayətdir
- Xalçadakı çirki təmizləmək üçün xüsusi təmizləyicilərdən istifadə edin.
- Evdə heyvan saxlayırsınızsa, 6 ayda bir dərin təmizlik etməyi unutmayın
- Pəncərələrinizi günəşli bir gündə silməyin. Çünki gündə şüşəyə vurduğunuz təmizləmə şampunları çox sürətlə quruyur və ləkə buraxır.
Paylaş: