Xəbər lenti


Ermənistanın hakim Mənim Addımım Blokunun ötən həftə baş tutan toplantısı sakit keçməyib.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, Paşinyanın növbədənkənar seçkidən imtina etməsi blok üzvləri arasında narazılıq yaradıb. Blokun bir sıra üzvləri seçkinin vacib olduğunu və hətta özlərinə qarşı fiziki təzyiqlərin gücləndiyini bildirib.

İclas zamanı, həmçinin seçkinin tərəfdarı olan deputatlar arasında söz mübahisəsi də yaranıb.

Qəzet məhz bu iclasdan sonra blokdan daha 3 deputatın çıxmağa hazırlaşdığını bildirib.



Ana səhifəyə qayıt        Baxış: 2 769          Tarix: 13-02-2021, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma