Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Bu barədə Oxu.Az "TRT Haber" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, danışıq zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli münasibətlər, Ukrayna-Rusiya müharibəsi, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Türkiyə ilə Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini və bu məqsədə doğru addımlar atmağa davam edəcəklərini bildirib.

Həmçinin prezidentlər Cənubi Qafqaz, Qəzza və Suriyadakı son vəziyyətlə də bağlı müzakirələr aparıblar.

Ərdoğan İstanbul prosesini aktivləşdirmək üçün tərəflərlə təmasların davam etdiyini və Türkiyənin ən qısa zamanda sülh qapısının açılması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan dayanıqlı sülhə nail olmaq üçün diplomatik üsullardan ən effektiv şəkildə istifadə etməyin vacibliyini də nəzərə çatdırıb. O, həmçinin Türkiyənin atəşkəsin bərqərar edilməsi prosesində və bundan sonra da həyata keçiriləcək işlərə dəstəyinin artacağını, qlobal sülhə təhlükə yarada biləcək vəziyyətlərdən çəkinməyin sülh səylərinə töhfə verəcəyini qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 009          Tarix: Dünən, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma