Xəbər lenti
Dünən, 22:54
Dünən, 20:21
Dünən, 18:09
Dünən, 17:21
Dünən, 13:41
Dünən, 12:35
Dünən, 11:21
20-12-2024, 23:24
20-12-2024, 22:14
20-12-2024, 21:42
20-12-2024, 21:36
20-12-2024, 20:54
20-12-2024, 19:56
20-12-2024, 19:32
20-12-2024, 18:08
20-12-2024, 17:30
20-12-2024, 16:41
20-12-2024, 15:10
ABŞ-ın “kölgə CİA”-sı kimi tanınan Stratfor beyin mərkəzinin hazırladığı “Türkiyə-2050” xəritəsi Rusiyada ciddi təşvişə yol açıb.
Ovqat.com xəbər verir ki, Kreml indiyədək bu iddialara rəsmi münasibət bildirməsə də, bəzi rusiyalı analitiklər və millət vəkilləri öz etirazlarını dilə gətirib.
Krım parlamentinin xalq diplomatiyası və millətlərarası münasibətlər komitəsinin rəhbəri Yuri Gempel mətbuata açıqlamasında nədənsə “Stratfor”-dan daha çox Türkiyəni hədəfə alan açıqlamaları ilə yadda qalıb. O, açıqlamasında xəritəsi xəyal adlandıraraq Ankaraya bəzi məsləhətlər verməkdən də çəkinməyib:
“Yalnız Türk tərəfinə Rusiya ərazisi xəyallarından imtina etməyi tövsiyə edə bilərəm”,-deyən Gempel xəritədə əks olunan əraziləri “həddindən artıq böyük və qeyri-ciddi iştaha” adlandırıb.
Krım deputatını ən çox qəzəbləndirən isə Türkiyənin rəsmi televiziyası TRT-nin həmin xəritəni ekranlarına gətirməsi və şərh etməsi olub.
Gempelin fikrincə, Türkiyə tərəfinin bu hərəkətləri açıq təxribatçılıqdır:
"Türk Krımına dair bir hekayənin Türkiyənin dövlət televiziyasında göstərilməsi Ankaranın belə addım atmağa hazırlaşmasına işarədir və bu, xüsusən onun Bosfor boğazını bağlamaqla hədələdiyi Rusiya ilə arasındakı münasibətləri çox sərinləşdirir",- Gempel belə deyib.
Qeyd edək ki, Pentaqona, CİA-ya və ABŞ-ın digər ciddi dövlət qurumları üçün analizlər hazırlayan “Stratfor”-un Türkiyə-2050-ci il xəritəsində 30 ildən sonra Ankaranın təsir dairəsinə düşən bölgələr bu cür sıralanır: "Yunanıstan, Kipr, Liviya Misirin olduğu Xəzər hövzəsi , Suriya, İraq, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, Yəmən, Körfəz ölkələri, Gürcüstan, Ermənistan, Azərbaycan, Krım, Türkmənistan, Qazaxıstan, Rusiyanın Qafqaz, Krosnodar və Xəzər ətrafı əraziləri.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar