Xəbər lenti


Ermənistanda ordudan güllə və qida oğurlayan şəxslər saxlanılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, 47 və 55 yaşlı iki kişi Yeğeqnadzor şəhərində həbs olunub. Onlar orduya məxsus patronları, həmçinin qida konservlərini oğurlamaqda ittiham edilir.

Saxlanılan şəxslərin hərəkətdə olduğu avtomobilə ilkin baxış keçirilən zaman Ermənistan Müdafiə Nazirliyinə aid olan 1 309 ədəd pulemyot patronu və 240 konserv qutusu aşkar edilərək götürülüb.

Təqsirləndirilənlər etiraf edib ki, patronları və konservləri son müharibə vaxtı Qarabağda oğurlayıblar. Oktyabrda gizlədiblər, indi isə satmağa qərar veriblər.

Qeyd olunub ki, araşdırmalar və cinayət işi başladılıb. İstintaq tədbirlərinin aparıldığı bildirilib.



Ana səhifəyə qayıt        Baxış: 2 713          Tarix: 17-02-2021, 18:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma