Xəbər lenti


Bu gün Norveçin paytaxtı Osloda azərbaycanlılar, çeçenlər, inquşlar və Qafqaz xalqlarının digər nümayəndələri Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Hurriyyet.org xəbər verir ki, bu haqda hazırda Norveçdə mühacir həyatı yaşayan, Azərbaycan Müdafiə nazirinin sabiq müavini, polkovnik İsa Sadıqov məlumat verib.

İ.Sadıqov bildirib ki, aksiya iştirakçıları hər il olduğu kimi, bu il də Rusiya tərəfindən Qafqaz xalqlarına qarşı həyata keçirilən soyqırım aktına və deportasiya siyasətinə etiraz ediblər.

“Bilirsiniz ki, 1944-cü ilin 23 fevralından başlayaraq, 9 marta qədər Rusiya tərəfindən 600 min nəfərdən çox çeçen, inquş, qaraçay və balkarlar Qafqazdan sürgün olunub. Hansı ki, bu 1 il ərzində həyata keçirilən deportasiya zamanı 100 min nəfərdən çox insan həlak olub.
Odur ki, hər il olduğu kimi, bu il də Norveçin paytaxtı Osloda yerləşən Rusiya səfirliyi qarşısında Qafqaz xalqlarına qarşı həyata keçirilən soyqırım aktına və deporatasiya siyasətinə etiraz olunub və tarixi ədalətin bərpası tələb edilib”, – deyə İ.Sadıqov bildirib.






Ana səhifəyə qayıt        Baxış: 3 018          Tarix: 23-02-2021, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma