Xəbər lenti
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
Ermənistan Baş naziri Nikol Paşinyan artıq tərəfdarlarının qarşısına çıxıb.
Axar.az xəbər verir ki, o, yürüş zamanı meqafonla çıxışlar edib, ordunun xalq və baş nazirə tabe olduğunu bildirib.
Paşinyan çevriliş cəhdinin idarəolunan olduğunu bildirib:
“Hesab edirəm ki, bu, emosinonal reaksiyadır. Qardaşlarımıza sərt münasibət göstərməməliyik”.
Qeyd edək ki, mitinq 16:00-a təyin edilsə də, Paşinyan tərəfdarlarını indidən meydana gəlməyə çağırmışdı.
Paşinyanın qatıldığı hazırkı yürüşdə indidən izdiham yaşanması diqqətləri cəlb edib...
***
Respublika meydanında mitinqə hazırlıq gedir, artıq Paşinyanın tərəfdarları toplanıb.
Paşinyan özü isə çoxsaylı tərəfdarı ilə yürüş edərək, Respublika meydanına doğru gəlir.
Bu arada, müxalifətin Azadlıq meydanında çoxminlik mitinqi davam edir.
***
Nikol Paşinyanın tərəfdarları İrəvan küçələrində yürüşə başlayıb.
Yürüşün önündə Nikol Paşinyan arvadı ilə birgə gedib.
Paşinyan bu mitinqin bir daha xalqla hakimiyyətin birliyini göstərdiyini qeyd edib və yürüş zamanı ətrafdakıları onlara qoşulmağa çağırıb.
***
Paşinyan korrupsionerlərin hakimiyyətə geri dönməyəcəyini, yumşaq siyasətə isə son qoyulacağını bildirib.
O, yürüşdən sonra aksiyalara son veriləcəyini və seçki ilə bağlı müxalifətlə müzakirələrə başlayacağını deyib.
***
Nikol Paşinyanın yürüşün sona çatdığını elan edib və ölkədəki siyasi qüvvələri müzakirələrə çağırıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar