Xəbər lenti
 
 
Paşinyanın hakimiyyətə gəlməsindən sonra dünyadakı erməni diasporu arasında parçalanmanın baş verdiyi barədə iddialar öz təsdiqini tapır. 
 
Ovqat.com-un məlumatına görə, Qərb ölkələrindəki erməni diasporu İrəvanda baş verən son hadisələr barədə hələ də susqunluq nümayiş etdirsə də, Rusiyadakı erməni ziyalıları açıq şəkildə hərbi qiyamçıları dəstəkləyiblər.
 
Bununla əlaqədar olaraq, Rusiyadakı erməni elm adamları bəyanat imzalayıb.
 
Bəyanatda deyilir:
 
 
 
“Erməni diasporası Onik Qasparyanı, Baş Qərargahı və igid ordumuzu dəstəkləyir.
 
 
 
Əziz həmvətənlər!
 
Son hadisələr göstərir ki, Ermənistanın Baş naziri və hökuməti erməni xalqı və dövləti üçün belə kritik və həlledici bir məqamda adekvat qərarlar qəbul edə bilmirlər. Üstəlik, səlahiyyətlilərin hərəkətləri respublikanı vətəndaş müharibəsinə doğru aparır.
 
Millət üçün bu həlledici məqamda ordunun yanında dayanmağı və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına qeyd-şərtsiz dəstəyimizi bildirməyi özümüzün borcu hesab edirik.
 
Özünü orduya üz-üzə qoyan Nikol Paşinyan Ermənistan Respublikasının milli təhlükəsizliyi üçün ən böyük təhlükə mənbəyinə çevrilib.
 
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş nazir və hökumətin istefası ilə bağlı çağırışına qoşuluruq.
 
Rusiyadakı erməni diasporu hər zaman Ermənistan xalqının və ordusunun yanında olub və olacaqdır.
 
Bagdasarov Semyon Arkadieviç - təqaüdçü polkovnik, “Fərdi Cəsarət” ordeni və digər SSRİ hökumət mükafatlarının laureatı;
Kamalov Armais Albertoviç - Moskva Dövlət Universitetinin Tibbi Elmi və Təhsil Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Federasiyasının əməkdar elm xadimi, Rusiya-Ermənistan "İrs və Tərəqqi" Fondunun prezidenti;
Poghosyan Arsen Maksimoviç - bir lojistik şirkətinin baş direktoru;
Armen Ananikyan - prodüser, rejissor;
Mixail Poqosov - prodüser, rejissor;
Sevumyan Varlen Nikolaeviç - hüquq elmləri namizədi, dosent;
Stepanyan Yuri Razminkoviç - iqtisad elmləri doktoru;
Yaxşibekyan Emin Nikolaeviç - hüquq elmləri namizədi, Hüquqşünas;
Tumasyan Karen Sarkisoviç - həkim, tibb elmləri namizədi;
Oganesyan Marina Valentinovna - Seçenov Universitetinin dosenti;
Adamyan Karen Gareginoviç - Sənədli film rejissoru;
Aram Qabrelyanov - jurnalist”.
 


Ana səhifəyə qayıt        Baxış: 4 971          Tarix: 26-02-2021, 10:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma