Xəbər lenti
 
 
“Avropa Şurasının gələcəyi onun müstəqilliyini qoruyub saxlaya bilməsindən və blok yanaşmaları çərçivəsində hərəkət etməməsindən asılıdır”. 
 
Ovqat.com xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç- Buricə ünvanladığı məktubda belə yazıb.
 
 
Rusiya Federasiyasının quruma daxil olmasının 25-ci ildönümü münasibətilə qələmə alınan məktubda “əminliklə” vurğulanır ki, “Avropa Şurasının gələcəyi onun müstəqilliyini və həqiqətən ümumavropa xarakterini qorumasından, blok yanaşmaları və düşüncəsinin girovuna çevrilməməsindən, bütün ölkələrin mənafeləri naminə ikili standartlara varmadan işləmək bacarığından asılıdır”. 
 
“Son illərin təcrübəsi Parlament Assambleyasının xal qazanmaq üçün bir arenaya çevrilməsinin qarşısını almağın nə qədər vacib olduğunu göstərir. Konsensus sənədləri tətbiq etməkdən çəkinin, Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyətinin siyasi və ideoloji yanlılıq uzaq tutun", - məktubda qeyd olunur.
 
Lavrov, Ukrayna və Baltikyanı ölkələrdəki rus və rusdilli əhaliyə qarşı ayrı-seçkilik kimi insan haqları pozuntuları nümunələrinə reaksiya verilmədiyi üçün Avropa Şurasını qınayıb və onun nüfuzunun sarsıldığını vurğulayıb: "İkinci Dünya Müharibəsinin xarabalıqları üzərində meydana gələn bu təşkilat, tarixi revizionizmin təzahürlərinə və nasist əlaltılarının ucaldılmasına laqeyd yanaşmamalıdır", - Rusiya Xarici İşlər Nazirliyinin başçısı “məsləhətlərini” davam etdirib.

Bir sözlə, "kəssək daşın halına ağlayıb".


Ana səhifəyə qayıt        Baxış: 4 615          Tarix: 28-02-2021, 19:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma