Xəbər lenti

Ermənistan diplomatları arasında da Paşinyana qarşı etirazlar güclənir.

Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb. Məlumata görə, bir sıra diplomat, o cümlədən səfirlər Paşinyanın istefasını tələb edirlər, amma hökumət hələlik onların etirazlarının qarşısını ala bilir:

“Nikol Paşinyan bunu bildikdən sonra diplomatlar arasında ciddi kadr islahatları keçirmək barədə qərar qəbul edib. Ümumilikdə 10 səfirin dəyişməsi nəzərdə tutulub”.

Qeyd edilib ki, xüsusilə Avropa ölkələrindəki səfirlər dəyişdiriləcək.



Ana səhifəyə qayıt        Baxış: 2 846          Tarix: 6-03-2021, 16:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma