Xəbər lenti

 
 
Qırğızıstanla Tacikistan sərhəddində pulemyot və minaatanla atışma baş verib.
 
Ovqat.com-un məlumatına görə, ən azı 10 nəfərin yaralandığı bildirilən atışmada insan tələfatı barədə də məlumatlar var. Nə qədər adamın həyatını itirdiyi isə bilinmir.
 
Bildirilir ki, silahlı qarşıdurma hazırda Golovnoy su paylama məntəqəsi ərazisində davam edir. Konfliktin  mübahisəli ərazilər üstündə çıxdığı vurğulanır. İddialara görə, Tacikistan, həm də Qırğısıstan bu ərazini özlərinki hesab edirlər.
 
 İki ölkənin səlahiyyətliləri bir-birini hərbi əməliyyatları qızışdırmaqda günahlandırırlar.   Qırğızıstan tərəfdən təxminən 8, Tacikistan tərəfdən isə ən azı iki nəfərin yaralandığı bildirilir.
 
Xatırladaq ki, hər iki ölkə Rusiyanın yaratdığı KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvdür və hərbi-kəşfiyyat strukturlarında Moskvanın təsirləri güclüdür.
 
İstər Qırqızıstan, istərsə də Tacikistan regionda son zamanlar formalaşdırılmağa çalışılan yeni beynəlxalq ittifaqın iki potensial subyektidir. Qırğızıstan Orta Asiya ölkələri içində bəlkə bu inteqrasiyaya ən meylli respublika kimi tanınır. Tacikistan isə 9 il əvvəl Türkiyənin və Əfqanıstanın rəhbərliyi ilə yaradılan “Asiyanın Ürəyi – İstanbul Prosesi”nə qoşulub. Cəmi bir ay əvvəl sözügedən platformanın 9-cu sammitinə ev sahibliyi edən Tacikistanın regional inteqrasiyaya qoşulması hər kəsi sevindirmişdi. Təbii ki, dost ölkələri. 
 
Mümkündür ki, bu inteqrasiya prosesi nəticəsində regionun əldən çıxacağını düşünüb narahat olanlar da var. Sammitdən bir ay sonra iki qonşu ölkə vətəndaşları arasında konfliktlərin çıxması bəlkə də bu narahatlıqdan qaynaqlanır. Bu ehtimalın nə dərəcədə ağla batan olub-olmadığı yaxın zamanlarda baş verəcək hadisələrin fonunda ortaya çıxacaq.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 951          Tarix: 29-04-2021, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma