Xəbər lenti
 ​​​​“Rusiya istər ölkə daxilində, istərsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrində “rəngli inqlablar”la mübarizə aparacaq”.
 
Ovqat.com xəbər verir ki, APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
 
“Biz bilirik ki, dünyanın müxtəlif regionlarında həyata keçirilən müxtəlif nəzəriyyələr həmin regionlarda sabitliyi ciddi şəkildə pozur. Əlbəttə, buna oxşar heç nəyin yaranmasına imkan verməməliyik. Rusiyada müvafiq tərzdə özümüzü aparmağa çalışacaq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə tərəfdaşlarımıza istənilən formada dəstək verəcəyik”, - deyə V. Putin söyləyib.
 
Qeyd edək ki, fevralda Rusiya müdafiə naziri Sergey Şoyqu “rəngli inqilablar” coğrafiyasının genişlənməsi təhlükəsinin mövcud olduğunu deyib. Onun fikrincə, bunun qarşısını ancaq səyləri birləşdirməklə almaq mümkün ola bilər.
 
Xatırladaq ki, KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.  


Ana səhifəyə qayıt        Baxış: 1 188          Tarix: 12-04-2017, 15:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma