Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
"Kabul Hava Limanının bağlanacağı təqdirdə Əfqanıstanın dünya ilə əlaqəsinin kəsiləcəyi söylənilir. Maddi, hərbi və diplomatik dəstək verilsə, Kabul Hava Limanının təhlükəsizliyini və fəaliyyətini davam etdirəcəyik. Əfqan qardaşlarımız istəməsə, 24 saat ərzində tərk edəcəyik".
Ovqat.com xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türk əsgərinin Əfqanıstanda qalıb-qalmayacağı sualını cavablandırarkən belə deyib.
Qeyd edək ki, hazırda Əfqanıstanda 600 -ə yaxın Türk əsgəri xidmət edir. Türk Ordusu kontingentində bizim də 120 əsgərimiz var.
“Taliban”ın Əfqanıstanı ələ keçirməsindən sonra verilən bəyanatlar Türk ordusunun da ölkəni tərk etməsi yönündədir. Ən son, “Taliban” sözçüsü Süheyl Şahin bu məsələ ilə bağlı açıqlamasında Türkiyənin NATO-nun üzvü kimi Əfqanıstanda qalmasına qarşı olduqlarını, amma lazım gələrsə, müsəlman ölkə kimi onunla hərbi, siyasi əməkdaşlıqları gücləndirə biləcəklərini bildirmişdi.
“Taliban” sözçülərinin qəti olmayan qərarı Ankaranı da hansı addımı atması ilə bağlı tərəddüdlərə salır. ABŞ-la “Taliban” arasında əldə edilən razılığa əsasən, NATO-ya bağlı qüvvələr sentyabrın 11-ə qədər Əfqanıstanı tərk etməlidir. Bu məntiqlə, Türkiyə ilə “Taliban” hökuməti arasında sözgedən qeyri-müəyyənliyi aydınlaşdırmaq üçün hələ 24 gün var. Ümidvarıq ki, məsələ hər iki tərəfin qarşılıqlı faydası əsasında öz həllini tapacaq.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar