Xəbər lenti

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Məsləhət Şurasının üzvlərinin yeni dövr üçün səlahiyyət müddətini təsdiqləyib və siyahıya keçmiş Prezident Həsən Ruhani ilə parlamentin sabiq sədri Əli Əkbər Natiq daxil ediməyib.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyinin və "Radio Ferda"nın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, siyahıda “Mübariziyun” təşkilatının Baş katibi Məhəmmədəli Məhəmmədi-Kermaninin də adı yoxdur.

Həmçinin keçmiş prezident Mahmud Əhmədinejat yeni siyahıda öz yerini qoruyub.

Bundan əlavə, İran rəhbərinin sərəncamına əsasən, Sadek Ərdəşir Amoli Laricani yenidən şuraya sədr təyin olunub.

Qeyd edək ki, Amoli Laricani 1960-cı ildə İraqın Nəcəf şəhərində anadan olub. O, 2018-ci ildən Məsləhət Şurasına sədrlik edir.

A.Laricani 2009-2019-cu illərdə məhkəmə sisteminin başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, Məsləhət Şurası 1989-cu ildə yaradılıb. Şura parlamentlə Konstitusiyaya Nəzarət Şurası arasında mübahisə və münaqişələri tənzimləyir. Bu məsləhətçi orqanın 28 üzvü var. Şuraya 1989-cu il oktyabrın 4-dən 2017-ci il yanvarın 8-dək keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəcani başçılıq edib.




Ana səhifəyə qayıt        Baxış: 3 895          Tarix: 21-09-2022, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma