Xəbər lenti

Rişi Sunakın baş nazir vəzifəsinin icrasına başlaması fonunda Böyük Britaniyanın biznes, energetika və sənaye strategiyası naziri Ceykob Ris-Moqq istefa verib.

Ris-Moqq əvvəllər hakim Mühafizəkarlar partiyasının lideri və ölkənin hökumət başçısı postu uğrunda mübarizədə keçmiş baş nazir Boris Consonu dəstəkləyirdi.

Verilən məlumata görə, ətraf mühit, ərzaq və kənd inkişafı naziri Ranil Cayavardena, İcmalar Palatasındakı parlament partiyasının təşkilatçısı Vendi Morton da öz vəzifələrini itirəcəklər. Bundan əlavə, ədliyyə naziri Brendon Lyuis istefa verdiyini rəsmən elan edib.

Çərşənbə axşamı Sunak Bukingem sarayında Böyük Britaniya kralı III Çarlz tərəfindən qəbul

edilib.

Yeni baş nazir yaxın saatlarda kabinetinin tərkibini açıqlayacaq.

Mənbə: Sky News




Ana səhifəyə qayıt        Baxış: 2 854          Tarix: 25-10-2022, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma