Xəbər lenti

Ermənistanın 3-cü prezidenti Serj Sərkisyanın ətrafına qarşı cinayət işi başlanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun 14 və 16 noyabr tarixli qərarları ilə Serj Sərkisyanın mühafizə xidmətinin keçmiş rəhbəri Vaçaqan Kazaryan, onun həyat yoldaşı və onlara məxsus “Yans” restoran kompleksinin direktoru barəsində cinayət işi başlanıb. Həmin adamlar “zor tətbiq etmə hədəsi ilə külli miqdarda pul tələb etmə” maddəsi əsasında mühakimə olunacaqlar.

Başlanmış cinayət təqibi əsasında müstəntiq 3 təqsirləndirilən şəxsə ittiham elan edib. Onlara həbs-qətimkan tədbiri olaraq ölkədən çıxmaq qadağan edilib.

İttiham aktında bildirilir ki, Vaçaqan Kazaryanın həyat yoldaşı 2017-ci il iyunun əvvəlində işçilərdən birindən müştərilərdən alınan pulun bir hissəsinin kassaya köçürülmədiyini öyrənib. Buna görə onlar restoranın baş mühasibindən böyük miqdarda pul tələb ediblər. Tələb yerinə yetirilmədiyi təqdirdə mühasibin özünü və oğlunu öldürməklə hədələyiblər.

Baş mühasib buna görə qızıl-zinət əşyalarını girov qoyub, qohumlarından borc götürüb, mənzil satıb və 2017-ci ilin iyun-sentyabr aylarında qohumları vasitəsilə onlara 40 milyon dram (100 min dollar) pul köçürüb.

Xatırladaq ki, Vaçaqan Kazaryanın üzərində 2020-ci ilin avqust ayında irəli sürülən, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı daha bir ittiham aktı var.




Ana səhifəyə qayıt        Baxış: 3 146          Tarix: 21-11-2022, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma