NATO ölkələrinin Ukrayna üzrə birgə missiyası yaradılıb.
Ovqat.com-un məlumatına görə, Polşanın xarici işlər naziri Radoslav Sikorski jurnalistlərə açıqlamasında bildirib.
“Biz NATO missiyasını (Ukraynada) yaratmaq qərarına gəldik”, - deyən nazir vurğulayıb ki, missiyanın yaradılması heç də NATO-nun birbaşa silahlı münaqişəyə girməsi demək deyil: “Bu, o deməkdir ki, biz Ukraynaya daha koordinasiyalı şəkildə dəstək vermək üçün NATO-nun koordinasiya, təlim və planlaşdırma imkanlarından istifadə edə biləcəyik”.
Ovqat.com-un şərhi
Radoslav Sikorskinin bu sözlərini loru dilə çevirsək, aşağıdakı məna ortaya çıxır: sahədə olacağıq, düşmənə özümüz güllə atmasaq da, Ukraynalılara silahı necə tutub, tətiyi necə çəkməyi öyrədəcəyik. Lazım gəlsə, Ukrayna əsgərinin əlindən tutub tətiyə belə basdıracağıq. Hətta əməliyyat planlarını da biz hazırlayacağıq və s.
Paylaş: