“Biz Türkiyə rəhbərliyini və qardaş Türkiyə xalqını uğurlu şəkildə azad, ədalətli və demokratik referendum münasibətilə təbrik edirik”.
Ovqat.com bildirir ki, APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Türkiyədə keçirilmiş referendumla bağlı ATƏT Daimi Şurasına müraciətində deyilir.
Müraciətdə bildirilir ki, seçkilərdə seçici fəallığının yüksək səviyyədə olması Türkiyə xalqının demokratik yetkinliyini göstərir və onların Konstitusiya dəyişikliklərini dəstəklədiklərini nümayiş etdirir: “Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunda da deyildiyi kimi, referendumun nəticəsi xalqın Türkiyə rəhbərliyinə inam və etimadının, onların Türkiyə rəhbərliyinin uğurlu siyasətinə verdiyi qiymətin göstəricisidir. Bu referendumla qardaş ölkədə yeni mərhələ başlayır, stabil və güclü Türkiyənin beynəlxalq aləmdəki mövqeyi və rolu güclənir. Azərbaycan prezidenti bildirib ki, birgə səylər nəticəsində Azərbaycan və Türkiyə arasında xüsusi dostluq və strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın rifahı və ölkələrimizin maraqları naminə genişlənməyə və güclənməyə davam edəcək”.
Paylaş: