Xəbər lenti

 Suveren dövlətlərin işinə xaricdən müdaxilə etmək cəhdləri xaosa gətirib çıxarır. Bu cür addımlar artıq terrorçuluğun yayıldığı Yaxın Şərqdə stabilliyi pozub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.               

 “Müasir dünyada inkişafın şablon modeli yoxdur, ola da bilməz. BMT-nin Əsasnaməsində qeyd edildiyi kimi, hər bir dövlət müqəddəratını özü müəyyən etməyə təbii və danılmaz hüquqa malikdir”, - deyə V.Putin Parlamentlərarası İttifaqın Assambleyasının açılışında bildirib.  

 “Milli spesifikanı bilmədən və nəzərə almadan suveren dövlətlərin həyatına müdaxilə etmək cəhdləri yalnız xaosla nəticələnir. Bu cür düşünülməmiş müdaxilə Yaxın Şərq və Şimali Afrikada stabilliyin pozulmasına, bu bölgədə gərginliyin və terror təhlükəsinin artmasına səbəb olub”, - deyə V.Putin qeyd edib. 




Ana səhifəyə qayıt        Baxış: 680          Tarix: 15-10-2017, 09:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma