Xəbər lenti

"Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsindən qaçmaq üçün dini abidələri qorumaq lazımdır."

"Report"un məlumatına görə, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Rusiya Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasında çıxış edərkən bildirib.

O xatırladıb ki, bu yaxınlarda onun dəvəti ilə Azərbaycan və Ermənistanın dini liderləri Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması imkanlarını müzakirə ediblər.

"Biz dini təyinatlı abidələrin qorunmasının vacibliyini vurğulayan bəyanat qəbul etdik. Biz tərəfdən prinsipial mövqe ifadə olunub", - patriarx deyib.

O bildirib: "Azərbaycan və Ermənistanın dini liderləri etiraf ediblər ki, dini abidələrin və ənənələrin təhqiri münaqişəyə mənfi dini kontekst verir, bu da qarşıdurmanı daha da kəskinləşdirə bilər."

Xatırladaq ki, Azərbaycan və Ermənistanın dini liderlərinin görüşü bu il sentyabrın 8-də Moskvada Rusiyanın vasitəçiliyi ilə Patriarxın iqamətgahında baş tutub.




Ana səhifəyə qayıt        Baxış: 868          Tarix: 25-10-2017, 14:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma