Azərbaycan və Ermənistanın dini liderlərinin görüşünün təşəbbüskarı Rusiya Pravoslav Kilsəsinin (RPK) rəhbəri Moskva və Bütün Rusiyanın Patriarxı Kirilldir.
Bu barədə "Report"un Rusiya bürosuna RPK-nin mətbuat xidmətinin rəhbəri Aleksandr Volkov bildirib.
Onun sözlərinə görə, bu görüş planlaşdırılmış xarakter daşıyır.
"Bu, son bir neçə ilin mövzusudur. Erməni katolikosu və Azərbaycan şeyxülislamı arasında belə görüşlər hələ Patriarx II Alekseyin vaxtından keçirir. Patriarx Kirill bu sülhməramlı kursu davam etdirir. Bu formatda sonuncu görüş 2011-ci ildə olub. Əvvəllər olduğu kimi, bu görüş də sülhməramlı xarakter daşıyacaq və Cənubi Qafqazda sülhün tezliklə bərpa edilməsinə yönəldilib", - Rus Pravoslav Kilsəsinin rəsmi nümayəndəsi vurğulayıb.
O, həmçinin qeyd edib ki, görüş sentyabrın 8-də Patriarx Kirilin iqamətgahında keçiriləcək.
Paylaş: