Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ev və həyatyanı sahəyə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.
ANAMA-dan "Report"a verilən məlumata görə, 136 ədəd partlamamış hərbi sursat (PHS), 138 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 600 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 986 900 kv.m (98.69 ha) ərazi yoxlanılmışdır.
Ümumiyyətlə, 55 gün ərzində 12 ev, 47 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 41 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 13 549 ədəd partlamamış hərbi sursat (PHS), 5 800 ədəd partlamış-yanmış sursat qalıqları və 51 958 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 54 887 158 kv.m (5 489 ha) ərazi yoxlanılmışdır.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.
Paylaş: