"Türkiyə, Azərbaycan və Rusiya Avropa Şurasında (AŞ) mövqelərini razılaşdırmalıdır".
Bunu "Report"un Rusiya bürosuna Rusiyanın İctimai Palatasının üzvü, politoloq Sergey Markov bildirib.
"Vəziyyətlərimiz çox bənzərdir, ona görə də əlaqəli hərəkət etmək lazımdır", - ekspert hesab edir.
Onun fikrincə, Avropa Şurası rabitə kanallarından biridir, buna görə də onunla əməkdaşlıq həm Rusiya, həm də Azərbaycan üçün vacibdir: "Bu, öz həqiqətlərini, öz mövqeyini çatdırmaq üçün böyük platformadır. Lakin indi bizə (Rusiyaya) AŞ-də ikinci dərəcəli rol təklif edirlər: səs vermək, komissiyaya daxil olmaq, onlara rəhbərlik etmək kimi hüquqlarımız yoxdur. Bununla razılaşa bilmərik, ona görə də bərabərlik və hüquqlarımızı tələb edəcəyik. Artıq AŞ-yə ayrılan ianələrin böyük hissəsini ödəməkdən imtina etmişik. Burada çoxlu nüans var. Məsələn, iştirakımız olmadan avropalı hakimlər seçilib, odur ki, onların qəbul etdikləri qərarlar bizim üçün əhəmiyyətsiz olacaq", - S.Markov bildirib.
"V.Volodin (Rusiya Dövlət Dumasının sədri) daha çox daxili siyasətlə maraqlansa da, vəzifəsi ondan beynəlxalq işlərlə məşğul olmağı da tələb edir. Dekabrda Bakıda sədrlərin iştirakı ilə Rusiya Dövlət Dumasının iki komitəsinin səfər iclası keçiriləcək. Müzakirə olunacaq məsələlərdən biri də məhz elə Avropa Şurası və digər beynəlxalq meydanlar çərçivəsində mövqelərin yaxınlaşması olacaq", - o deyib.
Paylaş: