Xəbər lenti

“Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin tələblərini tam yerinə yetirmək imkanı yoxdur. Hər şeyi dövlətdən gözləmək olmaz. Dövlət sizə dəstək göstərmək fikrindən daşınmır. Sadəcə, daha geniş dəstəyi özəl sektordan əldə etmək olar”.

Ovqat.com xəbər verir ki, “Report”un xəbərinə görə, bunu Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov“Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, ölkənin əsas maliyyə mənbələri özəl sektordadır: “Ona görə də vətəndaş cəmiyyəti özıl sektorla işləməlidir. Onları inandırmalıdır. "Hər şeyi asan əldə edim” fikri ilə dövlətdən maliyyə gözləmək doğru deyil”.

Ə.Əhmədov qeyd edib ki, beynəlxalq donorlarla yaranan anşalımazlıq təkcə Azərbaycanla bağlı deyil, digər ölkələrdə də bu cür hallar baş verir: “Müəyyən hallarda hökumət sərt qərarlar qəbul edir. Burada ölkənin təhlükəsizliyi əsas götürülür. Dağlıq Qarabağın işğalı Azərbaycana problem yaradıb, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz bu sahədə daha geniş düşünməliyik, dövlət maraqlarından çıxış etməliyik. Xarici donorların üzərinə kölgə salmaq niyyətim yoxdur, amma Azərbaycan müharibə vəziyyətində olan ölkədir, bu nəzərə alınmalıdır. Sərtləşmələr var, bunun da səbəbləri var. Başqa ölkələr də bunu edirlər. Bu sahədə tam şəffaflıq olmalıdır. Bəzi beynəlxalq təşkilatlar şəffaflığı hökumətin yaratdığı əngəllər kimi xarakterizə edirlər. Əgər bui işlər saf niyyətlə edilirsə, niyə şəffadlığı tələb edəndə qıcıqlanırlar. Azərbaycan hökuməti bu istiqamətdə işlər aparır”.

 




Ana səhifəyə qayıt        Baxış: 809          Tarix: 1-05-2017, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma