Xəbər lenti

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan "Report"a verilən məlumata görə, 1461 ədəd partlamamış hərbi sursat (PHS), 97 ədəd partlamış-yanmış mərmi qalıqları və 559 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 194 500 kv.m ərazi yoxlanılıb.

Ümumiyyətlə, 72 gün ərzində ANAMA tərəfindən müxtəlif ərazilərə baxış keçirilib, 18591 ədəd partlamamış hərbi sursat (PHS), 8299 ədəd partlamış-yanmış sursat qalıqları və 67030 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 68 939 285 kv.m ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 914          Tarix: 18-11-2017, 12:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma