Xəbər lenti

ANAMA noyabrıb 28-də Cəbrayıl rayonunun

Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi

nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

“Report” xəbər verir ki, gün ərzində kənddə 56 995 kv.m (5.70 ha) ərazi tam təmizlənib, 20 200 kv.m (2.02 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 77 195 kv.m (7.72 ha)), 1 ədəd partlamamış hərbi sursat (TM-62 minasının gücləndiricisi) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

12 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilmiş, 300 230 kv.m (30.02 ha) ərazi tam təmizlənmiş, 86 900 kv.m (8.69 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 810          Tarix: 29-11-2017, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma