Xəbər lenti

                                                                             

Azərbaycanın Georgi Zuyevin Rusiyanın Bakıdakı səfiri vəzifəsinə namizədliyini rədd etməsini fövqəladə vəziyyət hesab etmək olar.  Bunu “Exo Moskvı” radiosuna RF xarici işlər nazirinin keçmiş müavini, Dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr institutunun aparıcı elmi işçisi Georgi Kunadze deyib.

“Bu kifayət qədər nadir hadisədir. Başqa bir dövlətin səfirinə aqremanın verilməməsi, deyərdim ki, fövqəladə hadisədir”, – o qeyd edib.

Onun sözlərinə görə, adətən, ölkələr belə vəziyyətlərdən qaçmaq üçün bütün yollara əl atırlar. “Bəlkə heç kimin ağlına da gəlməyib ki, Azərbaycan etiraz edə bilər”, – Kunadze əlavə edib.

Ekspert bildirib ki, belə bir vəzifəyə namizədin seçilməsi uzun müddət tələb edə bilər.//Virtualaz.org 




Ana səhifəyə qayıt        Baxış: 968          Tarix: 12-12-2017, 23:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma