
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.
“Report” xəbər verir ki, qanuna 14.1-1-ci maddə əlavə edilib:
| 14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: | |
| 14.1-1.1. on iş günü müddətində verildikdə | |
| 14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün | 20 manat |
| 14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 30 manat |
| 14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 40 manat |
| 14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 50 manat |
| 14.1-1.2. beş iş günü müddətində verildikdə | |
| 14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün | 30 manat |
| 14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 50 manat |
| 14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 70 manat |
| 14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 90 manat |
| 14.1-1.3. bir iş günü müddətində verildikdə | |
| 14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün | 50 manat |
| 14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün | 90 manat |
| 14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün | 130 manat |
| 14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara | 170 manat |
1.3. Aşağıdakı məzmunda 14.3-1-ci maddə əlavə edilsin:
| 14.3-1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: | |
| 14.3-1.1. on iş günü müddətində verildikdə | 15 manat |
| 14.3-1.2. üç iş günü müddətində verildikdə | 35 manat |
| 14.3-1.3. bir iş günü müddətində verildikdə | 45 manat |
Bundan başqa, qanuna aşağıdakı məzmunda 33-3 və 33-4-cü maddələr əlavə edilib:
“Maddə 33-3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri
| Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
| 33-3.1. Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə: | |
| 33-3.1.1. üç iş günü müddətində verildikdə | 20 manat |
| 33-3.1.2. beş iş günü müddətində verildikdə | 10 manat |
| 33-3.2. Fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə | |
| 33-3.2.1. üç iş günü müddətində verildikdə | 10 manat |
| 33-3.2.2. beş iş günü müddətində verildikdə | 5 manat |
Sənədə əsasən, qüvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu Qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu tutulmur.’’.
Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Paylaş:




























